16 yanvar 2023 13:47
514

Rusiya ötən il neftin hasilatını və ixracını artırıb

Ötən il Rusiya 535 mln. ton neft hasil edib, bu da illik müqayisədə 10 mln. ton və ya 2% çoxdur.

"İki sahil"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Aleksandr Novak deyib.

Onun sözlərinnə görə, ölkə ötən il neftin ixracını 7% artırıb.