Ötən il ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 113,2 mln.kVt/st, yəni 4% artaraq 28 988,5 mln. kVt/st olub.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 785,1 mln. kVt/st artaraq 27 043,3 mln. kVt·st, SES-lərdə 318,5 mln. kVt·st artaraq 1 595,7 mln. kVt·st təşkil edib. Digər mənbələr (KES, GES və BMTZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 mln. kVt·st olub.
12 ay ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2022-ci il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 186,9 mln. kVt·st (İES-lərdə 24 708,2 mln. kVt·st, SES-lərdə 1 478,7 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 474,8 mln. kVt·st (İES-lərdə 315,84 mln. kVt·st, SES-lərdə 102,52 mln. kVt·st, GES-də 56,41 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 264,2 mln. kVt·st təşkil edib.