16 yanvar 2023 18:34
557

Gömrük xətti ilə büdcə daxilolmaları proqnozdan 1 mlrd. manat çox olub

Ötən il Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə köçürmələri 5 milyard 653 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 23% çoxdur.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə müəyyən olunmuş illik büdcə öhdəliyi 4 milyard 605 milyon manat təşkil edib. Faktiki büdcə daxilolmaları isə nəzərdə tutulan proqnozdan 1 milyard manat artıq olub.