2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 64,8 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb.
Dövlət Statistika Komitəsindən “İki sahil"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 32,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 35,0 mlrd. kubmetr təşkil edib.
“Əmtəəlik neft hasilatı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3% artıb”, - məlumatda qeyd olunur.