"Bizim banklarımızın müəyyən faiz dərəcəsi var. Əlbəttə, onlar yüksəkdir".
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Hazırda biz deyə bilmərik ki, bu faizlər azalacaq. Amma dövlətin güzəştli kredit mexanizmi var ki, sahibkarlar bundan uğurlu şəkildə istifadə edirlər. Bəzən problem onda yaranır ki, sahibkarlar sənədləri düzgün təqdim etmirlər. Mərkəzi Bankla bizim biznes masamız fəaliyyət göstərir. Müxtəlif sahibkarlar bu masanın üzvüdür. Sahibkarların müəyyən problemlərini dinləyə bilirik",- deyə Orxan Məmmədov bildirib.