19 yanvar 2023 14:28
658

İcbari avtosığorta ilə bağlı əlavə ödəniş tələb edilə bilməz- Rəşad Əhmədov

Avtomobillərin icbari avtosığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

O həmçinin əlavə edib ki, belə halla qarşılaşan vətəndaşlar mütləq qaydada nəzarətedici qurumun qaynar xəttinə müraciət etməlidirlər.