Dəniz nəqliyyatı ilə 2022-ci ildə daşınmış yüklərin həcmi 7519,2 min ton təşkil edib və əvvəlki ilə nisbətən 37,5 faiz artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, yüklərin 43,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11750,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10734,8 min tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib.
2023-ci il yanvarın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 369 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 20,9 faiz artaraq 21,4 min nəfər təşkil edib.