21 yanvar 2023 18:07
594

İnformasiya və rabitə müəssisələri 2,7 milyard manatlıq xidmət göstərib

Ötən il ərzində informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 742,8 milyon manatlıq xidmət göstərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14,8 faiz çox olub.

Xidmətlərdən əldə edilən gəlirin 38 faizi və ya 1042,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.