İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumunda “Rəhbərlərin birgə görüşü: mövcud geosiyasi mənzərə” mövzusunda dəyirmi masada iştirak edib.
“İki sahil” xəbər verir ki, nazir bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.
Qeyd edilib ki, qlobal geosiyasi proseslərin iqtisadiyyata təsirlərini neytrallaşdırmaq üçün dayanıqlı inkişafın təmin edilməsi sahəsində dövlətimizin təcrübəsi barədə məlumat verilib.