23 yanvar 2023 13:46
499

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 54% artıb

2022-ci ildə Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 24,9 milyon manat vəsait daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, proqnoza nisbətən 55,6 %, 2021-ci illə müqayisədə isə 53,7 % çoxdur.