24 yanvar 2023 15:35
469

"TripAdvisor" Azərbaycanın ən cəlbedici məkanını müəyyən edib

Məşhur səyahət saytı “TripAdvisor” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin ölkəmizin 220 cəlbedici məkanı sırasında birinci yerdə qərarlaşdığını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə ASCO-ya istinadən xəbər verir.

“TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu sayta “səyahət məsləhətçisi” kimi yanaşır.

Dənizkənarı Milli Park ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyinin ekspozisiyasında nümayiş olunan audio-video və çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.