24 yanvar 2023 17:28
483

Azərbaycanlı turistlərin Gürcüstanda xərclədiyi vəsait məlum olub

2022-ci ildə Gürcüstana səfər edən azərbaycanlı turistlər bu ölkədə 100 milyon dollara yaxın pul xərcləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında qeyd olunub.

Araşdırmaya əsasən, 2022-ci ildə Gürcüstanda ən çox pul xərcləyənlər Rusiyadan olan turistlərdir. Belə ki, ötən il rusiyalı turistlər Gürcüstanda 891 milyon dollar pul xərcləyiblər.

İkinci yerdə Türkiyədən olan turistlərdir - 399,4 milyon dollar. 

Əlavə edək ki, Gürcüstanın 2022-ci il üçün turizm gəliri 3,5 milyard dollardan təşkil edib.