Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.
Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.
İcmanın İdarə Heyətinin bugünkü iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir