2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 mln. manat kredit verilməsi nəzərdə tutulsa da, ayrılan kreditlərin məbləği 149,5 mln. manat olub.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da proqnoz 104% icra olunub.
"Verilmiş kreditlərin 71%-i, 104,2 milyon manatı kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Verilən kreditlərin 70%-i regionların payına düşür",- deyə Osman Xaliyev əlavə edib.