25 yanvar 2023 16:46
412

Azərbaycan İnvestisiya Şirkəti birgə müəssisə yaradıb

Azərbaycan İnvestisiya Şirkəti ASC işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibi StarMining ilə birgə "Shahbulaq Mining" şirkətini təsis edib.

“İki sahil” xəbər verir ki,  bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

O bildirib ki, hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır.