Polşanın Orlen enerji şirkəti Amerikanın Sempra şirkəti ilə maye təbii qazın tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, müqavilənin imzalanması mərasimi çərşənbə günü Varşavada baş tutub.
Müqavilə 20 il ərzində ABŞ-dan ildə 1 milyon ton qaz tədarükünü nəzərdə tutur. Orlen-in rəhbəri Daniel Obaytekin bildirdiyinə görə, müqavilənin reallaşdırılmasına 2027-ci ilin əvvəlindən başlanılacaq.