2022-ci ildə Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi artıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən "İki sahil"ə verilən məlumata görə, ödənişlərin həcmi 207 milyon 787 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 88 milyon 738 min manat və ya 74,5 faiz çoxdur.
Qeyd olunan dövrdə, nağdsız ödənişlərin 51 milyon 970 min manatı POS-terminallar vasitəsilə, 155 milyon 817 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.