26 yanvar 2023 14:14
470

Aİ-nin enerji komissarı Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana gələcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.

Qeyd olunub ki, səfərin məqsədi fevralın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etməkdir.