26 yanvar 2023 15:43
733

Sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə hazırlanacaq

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsi hazırlanacaq.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.