USAID Azərbaycanın Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar rayon Qadın Resurs Mərkəzi və Masallı rayon İcra Hakimiyyətlərinin birgə dəstəyi ilə AQSİA tərəfindən Biləsuvar və Masallı rayonlarında “Sahibkar qadınların assosiasiyaya üzvlük biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib.
“İki sahil” xəbər verir ki, AQSİA-nın əməkdaşları tərəfindən keçirilmiş təlimlərə regionda fəaliyyət göstərən 50-dən artıq qadın sahibkar qatılıb.
Təlimlər zamanı sahibkarlara AQSİA-nın fəaliyyəti, habelə üzvlüklə bağlı nəzəri və praktiki izahlar verilib, dövlət və özəl sektor arasında assosiasiyanın rolu barəsində məlumatlar diqqətə çatdırılıb. Təlimlərdə sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Azərbaycan və Slovakiya arasında standartlaşdırma və metrologiya sahəsində əməkdaşlıq güclənir