Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni iştiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
“İki sahil” AZAL-a istinadən xəbər verir ki, martın 16-dan etibarən “Azərbaycan Hava Yolları” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.
AZAL-in tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətlərin rəsmi www.azal.az və www.butaairways.az saytlarında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri AZAL və “Buta Airways” mobil tətbiqləri vasitəsilə də əldə etmək mümkündür.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var