ABŞ Avropa İttifaqı və G7 ilə Rusiya neft məhsulları üçün qiymət tavanının uyğun səviyyəsini müzakirə edir.
"İki sahil"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Cənubi Afrikaya səfəri zamanı deyib.
"Mən təfərrüatlara varmayacam. Biz bütün tərəfdaşlarımızla - G7+ koalisiyası və Avropa birliyi ilə qiymət həddinin uyğun səviyyəsinin nə qədər olduğunu müzakirə edirik", - nazir qeyd edib.
Canet Yellen Aİ və G7-nin razılığa gələcəyinə əminliyini ifadə edib, lakin hələlik bu məsələ ilə bağlı konkret yekun detalları açıqlamayacağını bildirib.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var