İnvestorlar OPEC+ komitəsinin iclasını gözlədikləri bir zamanda dünya bazarında neft qiymətləri cüzi düşüb.
“İki sahil” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,22 % ucuzlaşaraq 1 bareli 86,21 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,19 % düşüb və 1 bareli 79,53 ABŞ dolları təşkil edib.
Treyderlər OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsində hər hansı qərarın qəbul ediləcəyini gözləyirlər. Hazırda Komitənin iclasları iki aydan bir, bütün OPEC+ üzvlərinin iclası isə altı aydan bir keçirilir. Növbəti iclasların müvafiq olaraq fevralın 1-də və iyunun 4-də keçirilməsi planlaşdırılır.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var