Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.
“İki sahil” xəbər verir ki, notada bildirilib ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir.
Bundan əlavə qeyd olunub ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var