İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə “İki sahil”ə qurumdan bildirilib.
Məlumata görə, hərrac rəqabətli olub. Belə ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib. “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 6 450 manata yüksəlib. İlkin start qiyməti 2 500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4 400 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33QHMs )
Növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var