“BMT-nin Azərbaycandakı nümayəndəliyinin məqsədi ölkədə kənd yerlərinin inkişafına nail olmaqdır ki, bu da fermerlərin fəaliyyətinin yaxşılığa doğru dəyişməsi baxımından vacibdir”.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda çıxışı zamanı bildirib.
O deyib ki, aqrar məsləhətlər fermerləri qarşılaşdıqları problemlərə qarşı daha hazırlıqlı edir və ərzaq təhlükəsizliyini yüksəldir.
BMT-nin rezident əlaqələndiricisi qadınların da bu sahədə böyük rol oynadığını, onların fəaliyyətinin təmin edilməsinin BMT üçün böyük əhəmiyyət kəsb edən inklüziv inkişafa daxil olduğunu vurğulayıb.
V.Andreyeva BMT-nin bu istiqamətdə Azərbaycanla fəal iş apardığını və müvafiq qrantlar ayırdığını qeyd edib.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var