2022-ci ildə dövlət satınalmaları üzrə ümumi satınalmanın məbləği 6779,2 mln. manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Aslanbəyli qurumun illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
“Bu satınalmaların 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Sevindirici hal budur ki, ötən il müsabiqə əsaslı satınalmaların payı 70,1% artıb ki, bu da 4500,8 mln. manat edib”, - deyə Məmməd Aslanbəyli əlavə edib.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var