2022-ci ildə Azərbaycana MDB ölkələrindən 4 mlrd. 413.77 mln. dollar dəyərində məhsul idxal olunub.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci illə müqayisədə 50.8% və ya 1 mlrd. 487.2 mln. dollar çoxdur. Xatırladaq ki,2021-ci ildə Azərbaycana MDB ölkələrindən idxalın həcmi 2 mlrd. 926.57 mln. dollar olub.
Qeyd edək ki, ötən il MDB ölkələrindən idxal olunan məhsulun həcmi Azərbaycana ümumi idxalın 30.36%-ni təşkil edib.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var