31 yanvar 2023 16:00
546

Goranboy rayonunda idmançılarla görüş keçirilib - FOTO

Goranboy Olimpiya İdman Kompleksində Milli Məclisin deputatı Anar Məmmədov və rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev idmançılarla görüşüblər.

“İki sahil” xəbər verir ki, görüşdə qeyd olunub ki, Prezident İlham Əliyev idmana və idmançılara diqqət və qayğını dövlət siyasətinin tərkib hissəsi kimi müəyyənləşdirib. Vurğulanıb ki, Goranboy rayonunda da idmanın kütləviliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Görüşün sonunda millət vəkili tərəfindən kompleksə tennis stolu hədiyyə olunub.