01 fevral 2023 10:56
397

AMB 2023-cü il üzrə inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanın 8% civarında olacağını proqnozlaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. "Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir"- AMB-nin açıqlamasında qeyd edilib.