Ötən il on illər ərzində müşahidə edilməyən qlobal inflyasiya ilə qarşılaşdıq.
“İki sahil” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2022-ci il maliyyə bazarlarında çətin il kimi yadda qalıb. Hətta 2021-ci ildə qlobal maliyyə bazarları analitikləri 2022-ci ildə inflyasiyanın davam edəcəyini gözləmirdilər.
Taleh Kazımov qeyd edib ki, qlobal inflyasiyanın yüksək olması Azərbaycanda da ötən il inflyasiyanın yüksək olmasını şərtləndirib.
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var
Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib