01 fevral 2023 11:44
660

Aqrar sahənin maliyyələşdirilməsi üzrə strategiya bu il hazır olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) Aqrar Sığorta Sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq həm Aqrar Sığorta Fonduna, həm də Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib.

“İki sahil” xəbər verir ki,  bunu AMB-nin Baş direktoru Toğrul Əliyev "Aqrobiznesin inkişafı forumu"nda çıxışı zamanı bildirib.

"Eyni zamanda, tanınmış beynəlxalq konsaltinq şirkəti olan "Makkenzi" şirkəti ilə Mərkəzi Bankın hal-hazırda davam edən layihəsi mövcuddur. Bu layihədə bank sisteminin inkişafı strategiyasına həsr olunmuş, bu çərçivədə aqrar sahənin maliyyələşdirilməsi üzrə mexanizmlərin yaradılması xüsusi yer alıb. Sözügedən strategiya bu ilin birinci yarısında hazır olacaq", - deyə Baş direktor əlavə edib.