Azərbaycan Mərkəzi Bankı depozit gəlirlərinə tətbiq olunan vergininin maliyyə bazarına necə təsir edəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə APA-nın sualına cavab olaraq Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
O qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub. Bu dövr artıq başa çatıb. Bu verginin tətbiqi qanunvericiliyin tələbidir: “Bu əmanətlərdə hər hansı təhdid yaratmır. Təhlillər göstərir ki, depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik".
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var
Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib