01 fevral 2023 12:02
442

Valyuta məzənnəsi bu il də sabit qalacaqmı?

2022-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarının 80 %-ində təklif tələbi üstələyib.

“İki sahil” xəbər verir ki,  bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

O bildirib ki, məzənnə sabitliyini təmin edilməsi üçün Mərkəzi Bank alış yönümlü müdaxilə keçirib: “Bu müdaxilənin həcmi 2,048 milyard ABŞ dolları olub. Proqnozlarımıza əsasən tədiyyə balansının cari əməliyyat hesabında proqnozlaşdırılan müsbət saldo bu ildə məzənnə sabitliyini təmin etməyə imkan verəcək”.