01 fevral 2023 17:16
456

Ötən ay 62 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

Yanvar ayı üzrə qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı məlumat açıqlanıb.

Bu barədə "İki sahil"ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, qida təhlükəsizliyi qeydiyyatı üçün 735 sahibkarlıq subyektindən müraciət daxil olub.

"606 sahibkarlıq subyekti qeydiyyata alınıb, 23-nə imtina verilib. Həmçinin 62 sahibkarlıq subyektinin qeydiyyatı müxtəlif səbəblərdən ləğv edilib" - deyə qeyd olunub.