01 fevral 2023 19:50
602

YAP Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” ilə bağlı tədbirləri davam etdirir FOTO

Fevralın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq Alunitdağ qəsəbə, Əmirvar, Gurbulaq, Tapan və Qabaqtəpə ərazi partiya təşkilatlarında “Heydər Əliyev İli” ilə bağlı yığıncaqlar keçirilib.
Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev və məsul işçi Malik Ələsgərov iştirak ediblər.

Çıxış edənlər davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanda Heydər Əliyevin həyat amalının təntənəsindən, Ümummilli Liderin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamlamasından və öz xalqına sıx bağlılığından söhbət açıblar.
Eyni zamanda, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Azərbaycan dövləti və xalqı üçün əvəzolunmaz xidmətlərindən, əzəli və əbədi torpaqlarımızın işğaldan azad olunmasından söhbət açılıb.
Yekunda bir qrup partiya fəalına YAP Daşkəsən rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub.

Cavid Əkbərov, "İki sahil"