02 fevral 2023 10:31
418

Əmtəə bazarlarında qızılın qiyməti 1 970 dollara yaxınlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 1,33% artaraq, 1 968,7ABŞ dollarına bərabər olub.

"İki sahil" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 2,93% artaraq, 24,3 dollar təşkil edib.