02 fevral 2023 11:22
396

Qazaxıstan Almaniyaya ilk neft partiyasını tədarük edəcək

Qazaxıstan "Drujba" boru kəməri vasitəsilə Almaniyaya 20 min ton neft tədarük edəcək.

"İki sahil" yerli KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Bulat Aqçulaqov deyib.

Nazirin sözlərinə görə, xam neftin ilk partiyası fevral ayının birinci yarısında tədarük olunacaq.