02 fevral 2023 14:45
308

2024-cü il və sonrakı 3 il üçün yanacaq-enerji balansının layihəsi hazırlanacaq

2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlanacaq.

“İki sahil” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 2023-cü il iyunun 1-dək Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.