06 fevral 2023 12:18
534

Son bir ayda Bakı Fond Birjasının dövriyyəsi 2.4% azalıb

Bakı Fond Birjasında 2023-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1,472,068,514 manat təşkil edib.

"İki sahil" BFB-yə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızaları üzrə ticarət həcmində 8%, repo əməliyyatları üzrə isə 69% böyümə qeydə alınıb. Həmçinin, ötən illə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 10% azalma qeydə alınıb.

2023-cü ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası aylıq müqayisədə 2.4% azalaraq 4,091,686,328 manat təşkil edib. Qeyd edək ki, dekabr ayının sonuna kapitalizasiya 4,193,278,402 manata bərabər olmuşdu.