06 fevral 2023 17:47
521

AZPROMO ixracatçılar arasında sorğu keçirir

İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) qeyri-neft məhsullarının ixracı zamanı sahibkarlıq subyektlərinin qarşılaşdığı məsələlərə dair sorğu keçirir.

Bu barədə "İki sahil"ə AZPROMO-dan bildirilib.

Sorğunun nəticələri müvafiq dövlət qurumlarına yönləndiriləcək və sahibkarlara qaldırılan məsələlərin həllində dəstək göstəriləcək.

Sahibkarlıq subyektləri bu link vasitəsi ilə müvafiq bölməyə keçərək 31 mart 2023-cü il tarixinədək sorğuda iştirak edə bilərlər.