08 fevral 2023 21:26
671

Millət vəkili Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

Fevralın 8-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva və  YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev birgə Yeni Azərbaycan Partiyasının  inzibatı binasının qəbul otağında  bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək  onların müraciət və təkliflərini dinləyiblər. 

Qəbula gələn vətəndaşlar fərdi evlərin sənədləşdirilməsinə, abad həyət yaradılması işlərinin davam etdirilməsinə, əlilliyə görə pensiya təyin edilməsinə, qeydiyyatdan çıxarılmış  vətəndaşların yaşadıqları evdə və ya ərazidə yenidən qeydiyyata alınmasına,aztəminatlı ailənin tələbə övladının təhsil haqqının  Tələbə Təhsil Kredit Fondu tərəfindən ödənilməsinə,işə qəbul olunmalarına,onlara ünvanlı sosial yardım təyin edilməsinə,şəxsi problemlərinin həll edilməsinə maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, aztəminatlı ailələrin sosial rifah halının yüksəltmək məqsədilə özünüməşğulluq proqramına cəlb edilməsilə  bağlı məsələlərdə ,  eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən  nəzarətə götürülüb.

Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan  razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin dövlət başçısının vətəndaşlarıın qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.