08 fevral 2023 22:26
527

Oktay Kaynarca Azərbaycanla bağlı paylaşım edib

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı həssas paylaşım edib.

“İki sahil” xəbər verir ki,  o, "Instaqram" hesabında ölkəmizlə bağlı bunları yazıb:

“Belə bir birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün bir ölkə, buna Azərbaycan da daxil zəlzələ bölgəsindəkilər qədər acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməkdən utanırlar. Möhtəşəm bir birlik nümayəşidir bu. Ürəyinə sağlıq, mənim öz millətim”.