11 fevral 2023 12:00
536

Daha üç rayondan Türkiyəyə yardım göndərilib

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Balakən, Beyləqan və Zərdab rayonları da qoşulub.

“İki sahil” xəbər verir ki, fevralın 11-də rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Beyləqan, Balakən və Zərdab rayonlarından göndərilən yardımlara generator, çarpayı, elektrik qızdırıcısı, fənər, yorğan-döşək, xalça, isti geyimlər və konservləşdirilmiş qida məhsulları daxildir.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.