11 fevral 2023 14:07
374

Göygöl rayonundan Türkiyəyə humanitar yardım yola salınıb

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zəzərçəkənlərə Göygöl rayonundan da humanitar yardım göndərilib.

“İki sahil” xəbər verir ki, göndərilən humanitar yardımlar fevralın 11-də Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Humanitar yardıma qida məhsulları, qış geyimləri, generatorlar, qızdırıcılar, çadır, ərzaq, dərman ləvazimatları və s. daxildir.

Qardaş Türkiyə Respublikasına yola salmaq üçün ölkəmizin bütün bölgələrindən humanitar yardımların göndərilməsi davam edir.