NASA astronavtları Aya göndərir

03 mart 2023 09:01
541

ABŞ-ın kosmik agentliyi NASA astronavtları Ayın səthinə son enişindən 50 illik müddətdən sonra insanları yenidən geri göndərmək üçün indiyə qədərki ən güclü raketinin yaradılmasını uğurla başa çatdırır.

“İki sahil” xəbər verir ki, bu barədə NASA-nın direktoru Bill Nelson özünü "Twitter" səhifəsində məlumat paylaşıb.

“Artemis II” missiyasına hazırlaşarkən, komandalarımız NASA-nın 50 ildən artıq müddətdə ilk dəfə astronavtları Aya aparacaq SLS raketini tamamlayır”, - o yazıb.

Xatırladaq ki, NASA 50 ildə ilk dəfə Aya çatıb. Lakin bu səfər astronavtsız olub.