29 iyul 2026 16:54
84

Paşinyan Putinə "alternativsizlik dövrünün başa çatdığını" bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə iyulun 27-də baş tutan telefon danışığını uğurlu və ətraflı adlandırıb. Onun sözlərinə görə, tərəflər bir çox mövzularda qarşılıqlı anlayışa nail ola bilsələr də, Ermənistanın AİƏT-ə üzvlüyü və Avropa İttifaqına inteqrasiyası ilə bağlı məsələlər açıq qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

«Mən Rusiya Prezidentinə dedim ki, biz bu yolu elan etmişik və ona əməl edəcəyik... Ermənistan hər bir məsələdə həmişə alternativlərə malik olmalıdır. Alternativsizlik dövrü başa çatdı», — deyə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Telefon danışığı İrəvanın təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı erməni məhsullarının Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər məsələsi də qaldırılıb. Paşinyanın sözlərinə görə, bu, tək Ermənistanın deyil, Avrasiya İqtisadi İttifaqının (AİƏT) ümumi problemidir

Eyni zamanda, Paşinyan Ermənistanın qurumdan çıxmaq niyyətində olmadığını bir daha bəyan edib.

Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün yekunlarına dair bəyanatında tərəflərin ikitərəfli iqtisadi əlaqələr üzrə fikir mübadiləsi apardıqlarını bildirmişdi.