Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bu barədə hakim koalisiyanın - Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial-Demokrat Partiyası (SPÖ) və NEOS-un nümayəndələri bildiriblər.
Qanun layihəsi artıq nəzərdən keçirilməsi üçün göndərilib və gələn il qüvvəyə minməlidir.
Sosial şəbəkələr üçün 2027-ci aprelin 1-nə qədər qədər keçid dövrü nəzərdə tutulub. Platformalar ya asılılığın yaranmasına səbəb olan elementləri silməli, ya da uşaqların girişini məhdudlaşdırmalı olacaqlar. Qayda pozuntularına görə şirkətin ümumi illik dövriyyəsinin 6 %-nə qədər cərimələr nəzərdə tutulur.
Bundan əlavə, böyüklər üçün saytlara giriş yalnız həddi-büluğa çatma faktı təsdiqləndikdən sonra mümkün olacaq. Yoxlama "ID Austria" sistemi və ya özəl provayder vasitəsilə həyata keçirilə bilər.