03 mart 2023 15:52
455

Kimsə vəziyyətimin pis olmasına sevinirsə, qoy sevinsin - Alla Puqaçova/FOTO

Rus estradasının primadonnası Alla Puqaçovanın İsrailin Kesariya şəhərindəki evinin qarət olunması haqda Rusiya mətbuatında xəbərlər yayılıb. İddiaya görə, oğrular təhlükəsizlik kameralarını qırıb, evdən dəyərli əşyalar və 38 milyon rubl məbləğində pul aparıblar.  

“İki sahil” xəbər verir ki, A. Puqaçova “Moskovski komsomolets” nəşrinə açıqlamasında evinin qarət olunması haqda xəbərləri təkzib edib:

“Oxuyanda ki, Kesariyada dəbdəbəli evini, sarayını qarət ediblər, düşünürsən ki, bunu uyduranların başı işləyir?”

Primadonna qeyd edib ki, Kesariyada yaşamır: “Bizi heç kim vətəndaşlıqdan məhrum etmir. Ola bilsin, onlar sadəcə istəyirlər ki, mənə və Maksa  yazıqları gəlsin, ona görə də çalışırlar. Üstəlik buna görə pul da alırlar. Kimsə vəziyyətimin pis olmasına sevinirsə, qoy sevinsin”.

Xatırladaq ki, daha əvvəl A. Puqaçova övladları ilə birlikdə İsraildə köçdürüyünü təsdiqləmişdi.