03 mart 2023 16:12
417

Sayğacların yoxlanılması süni intellekt vasitəsilə həyata keçiriləcək - VİDEO

“Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə həyata keçiriləcək. Bu istiqamətdə SOCAR “Azəriqaz” İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir”.

“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz”ın Abonent Bazasına Xidmət Şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib. Qurum rəsmisi “Açıq qapı”da, həmçinin son 1 il ərzində ölkə üzrə ümumilikdə 66 106 yeni əhali abonentinin qeydiyyata alındığını qeyd edib.

Media nümayəndəsinin ölkədə qazın təzyiqinin hansı səviyyədə olması ilə bağlı sualını isə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ətraflı şəkildə cavablandırıb. Şöbə rəisi havaların kəskin soyuduğu zamanlarda qazın təzyiqi ilə bağlı şikayətlərin daxil olmağını bildirib.

Sonda Eldəniz Vəliyev abonentlərə ödənişlərdəki fəallığa görə Birliyin adından təşəkkür ünvanlayıb.